Gerb

12 iyun 2017, 18:30

Hörmətli cənab Prezident,

Sizin həyata keçirdiyiniz daxili və xarici siyasət Binəqədi rayonunun, o cümlədən 7-ci mikrorayonun sakinləri tərəfindən həmişə dəstəklənib. Çünki sosial problemlərin həlli, ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artırılması Sizin siyasətinizdə mühüm yer tutur. Siz hər birimizin ürəyindən keçən bu arzuları reallığa çevirirsiniz.

Uzun illər yaşadığımız binalarda aparılan təmir işləri, ətraf ərazilərin abadlaşdırılması biz sakinləri çox məmnun edir.

Cənab Prezident, bütün sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Hüseynov Elnur Həsən oğlu,

Məlikov Telman Şirinağa oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon.