İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

13 iyun 2017, 14:40
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianı qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini və bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini, ölkələrimizin bir-birini dəstəklədiyini vurğuladı. İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Azərbaycanın Gürcüstana investisiyalar yatırmasına və Azərbaycan şirkətlərinin Gürcüstanda fəaliyyətinə toxunan dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması yollarının müəyyənləşdirilməsinin vacibliyini də vurğuladı. Prezident İlham Əliyev qeyri-enerji, ticarət və digər sahələrdə də əlaqələrin genişləndirilməsi imkanlarının araşdırılmasının zəruriliyini qeyd etdi. Ölkələrimizin nəqliyyat, energetika sahələrində qlobal layihələri uğurla həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstanın digər tərəfdaşlarla birlikdə bu layihələrin reallaşmasında çox səmərəli yanaşma nümayiş etdirdiklərini bildirdi.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria Prezident İlham Əliyevlə görüşündən böyük şərəf hissi keçirdiyini dedi. O, Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.

İqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyən gürcüstanlı nazir bu ilin dörd ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin 49 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirdi.

Görüşdə ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10