13 iyun 2017, 17:45

İradə Rzayevadan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyiniz ilə son illər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Astara rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib.

Bu günlərdə Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il tarixdə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayırmağınız bütün astaralıların, o cümlədən biz Ərçivan qəsəbə sakinlərinin böyük sevincinə səbəb oldu.

Cənab Prezident, buna görə bütün astaralılar adından Sizə dərin minnətdarlığımızı bildirir, Vətənimizin çiçəklənməsi naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq.

Hörmətlə,

Rzayeva İradə.

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.