15 iyun 2017, 14:00

Həzrətqulu İmamverdiyevdən, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident,

Ağstafa-Köçəsgər avtomobil yolunun bərpası məqsədilə Sərəncam imzalamağınız barədə xəbəri eşidəndə çox sevindim. Bir daha əmin oldum ki, dövlətimizin başçısı ölkəmizin hər bir vətəndaşının firavan yaşaması üçün mütəmadi iş aparır.     Respublikamızdakı əmin-amanlıq, siyasi sabitlik bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Siz ölkəmizi inkişaf yolu ilə inamla irəli aparırsınız. Bu işdə Allah Sizə yar olsun.

Hörmətlə,

İmamverdiyev Həzrətqulu Xanqulu oğlu.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Eynallı kəndi.