15 iyun 2017, 16:00

Böyükağa Axundov və başqalarından, Göyçay, Azərybaycan

Hörmətli cənab Prezident,

Son vaxtlar Göyçay rayonunda abadlıq-quruculuq işləri yeni vüsət alıb. Bu işlərlə yanaşı, sahibkarlara və fermerlərə öz fəaliyyətlərini daha səmərəli qurmaq üçün dövlət qayğısı göstərilir. Sizin dəstəyiniz nəticəsində çoxlu sayda yeni müəssisələr istifadəyə verilib, əkin sahələri genişləndirilib və minlərlə insan işlə təmin olunub. Göyçay rayonunda yeni açılmış ticarət mərkəzi müasir tələblərə cavab verir. İndi yetişdirdiyimiz məhsulları çox rahat şəkildə özümüz bazarlara çıxara bilirik.

Möhtərəm Prezident, sadə və zəhmətkeş insanlar üçün belə gözəl şəraitin yaradılması bizə böyük mükafatdır. Biz Sizin siyasətinizi dəstəkləyir və daim Sizinləyik. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.

Hörmətlə,

Axundov Böyükağa

Daşdəmirov Asif

Abışov İlham 

Səmədov Nofəl və başqaları (cəmi: 123)

Azərbaycan Respublikası, Göyçay rayonu.