15 iyun 2017, 17:00

Nadir Quliyevdən, Sabirabad, Azərbaycan

Möhtərəm Prezident,

Sizin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəriniz məni daha da fərəhləndirdi. Cocuq Mərcanlı kənd məscidinin qarşısındakı şəklinizə baxanda qürur hissi keçirdim və Uca Allahdan arzu etdim ki, gün o gün olsun, Siz Şuşa məscidinin qarşısında belə bir şəkil çəkdirəsiniz. 

Cənab Prezident, ürəyim arzularla doludur. İnanın, bu səfərinizdən sonra məndə belə bir hiss yarandı ki, biz işğal altındakı torpaqlarımıza tezliklə qayıdacağıq.

Allah bu işdə Sizə kömək olsun. 

Hörmətlə, 
Quliyev Nadir Tahir oğlu. 
Azərbaycan Respublikası, Sabirabad rayonu.