16 iyun 2017, 15:00

Məhəmməd Rüstəmovdan, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident,

Son illər ərzində bizim Bərdə rayonu sürətlə inkişaf etməkdədir. Rayonumuz öz simasını dəyişib və gözəlləşib. Kəndlərimizə göstərilən qayğı, xüsusilə də kəndlərarası avtomobil yollarının tikintisi yerli sakinləri çox sevindirir. Sizin Sərəncamınızla Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidən qurulması bizdə əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Möhtərəm Prezident, kənd sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildiririk. 

Hörmətlə,

Rüstəmov Məhəmməd Usub oğlu.

Azərbaycan Respublikası, Bərdə rayonu, Hacallı kəndi.