17 iyun 2017, 16:00

Əli Mirzəyevdən, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident,

Cəbrayıl rayonu 4 saylı tam orta məktəbinin kollektivi Sizin cəbrayıllılara göstərdiyiniz diqqət və qayğını həmişə hiss edir və yüksək qiymətləndirir. Əmin olun ki, bütün Cəbrayıl ziyalıları Sizin siyasi kursunuzu dəstəkləyir, bu çətin və şərəfli vəzifənin icrasında həmişə yanınızda olduqlarını bəyan edirlər.

Möhtərəm cənab Prezident, Cocuq Mərcanlı kəndinin bərpası, qəsəbələrarası avtomobil yollarının yenidən qurulması, bizim qəsəbələrə qısa müddət ərzində təbii qaz xəttinin çəkilməsi Sizin cəbrayıllılara göstərdiyiniz diqqət və qayğının bariz nümunələridir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, işğal altındakı torpaqlarımız Sizin dərin zəkanız, uzaqgörənliyiniz və uğurla həyata keçirdiyiniz siyasi kursunuz nəticəsində tezliklə azad olunacaq, bütün qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Hörmətlə,

Mirzəyev Əli Qüdrət oğlu.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu