“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

08 iyun 2011, 17:50

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə əsasən qərara alır:

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 406; 2009-cu il, № 12, maddə 971) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.3-cü maddədə “kommersiya məqsədi ilə ənənəvi və adi olmayan istifadə hallarında” sözləri “istifadəyə dair” sözləri ilə əvəz edilsin.

2. 6.2-ci maddədən “kommersiya məqsədi ilə” sözləri çıxarılsın.

3. aşağıdakı məzmunda 6.3-cü və 6.4-cü maddələr əlavə edilsin:

“6.3. Digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Həmin vəsait müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və əqli yaradıcılığın həvəsləndirilməsinə, habelə folklor nümunələrinin qorunub saxlanmasına və zənginləşdirilməsinə sərf olunur.

6.4. Digər dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi qaydasını və istifadəyə görə haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

4. 9.2-ci maddədə “dövlət büdcəsinə köçürülür və intellektual” sözləri “müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və əqli” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il.