Gerb

21 iyun 2017, 12:30

Hörmətli cənab Prezident,

Cəbrayıl rayonundan olan məcburi köçkünlərin Biləsuvarda məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri və Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı verdiyiniz sərəncamlar cəbrayıllılarda böyük ruh yüksəkliyi yaradıb. Bir daha əmin olduq ki, dövlətimizin başçısı ölkəmizin hər bir vətəndaşının firavan yaşaması üçün konkret addımlar atır, lazımi tapşırıqlar verir.

Əziz Prezidentimiz, məcburi köçkünlərin sosial  müdafiəsini daim diqqətdə saxladığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Siz ölkəmizi inkişaf yolu ilə inamla irəli aparırsınız. Bu işdə Allah Sizə kömək olsun!

Hörmətlə,

Cəbrayıl rayonundan olan məcburi köçkünlər

Hümbətalıyev Yunus Hümbətalı oğlu,

Hüseynova Təranə Cahangir qızı,

Vəliyev Zahid Sahib oğlu,

Şirinov Təyyar Vəli oğlu və başqaları.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, 10 saylı qəsəbə.