21 iyun 2017, 13:00

Oktay Mustafayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Sərəncamınızla təsdiq edilmiş Dövlət Proqramına əsasən əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014-2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına 1-ci və 2-ci dərəcəli gözdən əlil gənclər üçün dövlət hesabına qəbul imtahanları keçirilir.

Kollecdə dərslərin daha səmərəli keçirilməsi üçün tələbələr xüsusi səsli kompüterlərlə və tibbi avadanlıqla təchiz olunublar. Burada çalışan insanlar əlillərin qayğısına qalır və onları daim nəzarətdə saxlayırlar.

Əziz Prezidentimiz, Siz öz Sərəncamınızla əlil gənclərə olan qayğınızı, onların cəmiyyətdə layiqli yer tutmalarına daim diqqət göstərdiyinizi bir daha təsdiq etdiniz. Əlil gənclərin valideynləri adından gördüyünüz bütün işlərdə Sizə müvəffəqiyyətlər, möhkəm cansağlığı və uzun ömür arzulayırıq.

Hörmətlə,

Mustafayev Oktay Əlihüseyn oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.