22 iyun 2017, 11:45

Asəf Abdulov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması, dövlətimizin iqtisadi cəhətdən güclənməsi Sizin gördüyünüz işlərin nəticəsidir. Yaşadığımız Astara rayonunun ən ucqar kəndlərindən olan Hamoşam kəndinə Sizin Sərəncamınız əsasında avtomobil yolunun çəklilməsi başa çatmaq üzrədir. Bu yol yerli sakinlərin güzəranının yaxşılaşdırılmasını təmin edəcək.

Cənab Prezident, Astara şəhər dənizkənarı park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi ilə bağlı bu yaxınlarda imzaladığınız Sərəncamı da biz ziyalılar sevinclə qarşılayır və Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Abdulov Asəf Abdulrəhim oğlu,

Mahmudova Gülşən Məzahir qızı,

Abdulov Adulhəkim Abdulla oğlu.

Azərbaycan Respublikası, Astara rayonu, Hamoşam kəndi.