Gerb

22 iyun 2017, 12:00

Möhtərəm cənab Prezident,

Doğma Qarabağa Böyük qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasının davam etdirilməsinə, yeni yaşayış və inzibati binaların tikilməsinə Sərəncam verdiyiniz üçün Sizə minnətdarıq. Kənddə yenidən yaşayışın təmin olunması, açılış mərasimində bilavasitə iştirak etməyiniz bizi hədsiz sevindirdi və bu, Sizin uzaqgörən, ardıcıl və qətiyyətli siyasətinizin məntiqi nəticəsidir.

Bizə göstərdiyiniz diqqət və qayğıya görə kollektivimiz adından Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Cocuq Mərcanlı kənd tam orta məktəbin kollektivi adından

Ağayeva Nuriyyə

Məktəb direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Mərdəkan qəsəbəsi.