23 iyun 2017, 13:35

Əziz Məmmədov və başqalarından, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident,

Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlərin məşkunlaşdıqları qəsəbələri birləşdirən avtomobil yolunun əsaslı təmiri və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əlavə 100 evin tikilməsi məqsədilə imzaladığınız sərəncamlarınız bizi bir daha əmin etdi ki, bütün problemlərimiz Sizin uzaqgörən siyasətiniz nəticəsində öz həllini tapacaqdır.

Biz cəbrayıllılar göstərdiyiniz diqqət və qayğıya görə Sizə və ailə üzvlərinizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məmmədov Əziz Sərxan oğlu

Əsədov Osman İmran oğlu

Əhmədov Əkbər Əli oğlu

Məmmədov Qəhrəman Sərxan oğlu

Məmmədova Gülşən Əli qızı

Əsədov Atlas Osman oğlu.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Xələfli kəndi.