Gerb

24 iyun 2017, 19:10

Möhtərəm cənab Prezident,

Ölkəmizdə gənclər sahəsinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm. Mən 10 ildən artıqdır ki, gənclər sahəsində fəaliyyət göstərirəm və özümü bu siyasətin yetirməsi hesab edirəm.

Ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi və gənclərin bu tədbirlərin təşkilinə cəlb olunması məhz insan kapitalının, o cümlədən gənclərin inkişafına qoyulan sərmayənin nəticələridir. Sevindirici haldır ki, azərbaycanlı mütəxəssislər artıq dünyanın başqa ölkələrində keçirilən beynəlxalq yarışlara dəvət olunurlar və onların təşkilatçılıq qabiliyyətlərinə ehtiyac duyulur.

Birinci Avropa Oyunlarından sonra yerli menecerlərimiz Türkiyənin Antalya, Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi, Qazaxıstanın Astana şəhərlərinə və bir çox beynəlxalq tədbirlərə dəvət olunub, müvəffəqiyyətlə fəaliyyət göstəriblər. IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilində çalışan mən və 20-yə yaxın komanda yoldaşım bu ilin sentyabrında Türkmənistanın Aşqabad şəhərində təşkil olunacaq V Asiya Oyunlarının təşkilinə dəvət olunmuşuq. Hesab edirəm ki, hər bir beynəlxalq dərəcəli mütəxəssis, eyni zamanda, öz ölkəsinin simasıdır. İnanıram ki, Azərbaycan növbəti illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək şansı qazanacaq və bu Oyunları yerli mütəxəssislər təşkil edəcəklər.

Cənab Prezident, bu gün ölkəmiz dünyaya öz mütəxəssislərini bəxş edir və buna görə məhz Sizə minnətdarıq.

Hörmətlə,

Gülverdiyev Şəmsi Mövsüməli oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.