24 iyun 2017, 16:41

Seyidhəsən Xanməmmədov və başqalarından, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Astara rayonunun əhalisinə göstərdiyiniz qayğıya görə Sizə səmimi təşəkkürümüzü bildiririk. İki il bundan əvvəl Deqədi-Pəlikəş, keçən il Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi, bu il isə Astara şəhərində dənizkənarı park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi ilə bağlı sərəncamlarınız bir daha onu göstərir ki, Siz cənub mirvarisi və sərhəd rayonu olan Astaranın inkişafına xüsusi diqqət yetirirsiniz.

Cənab Prezident, rayonumuzda görülən işlərə görə səmimi təşəkkürümüzü və minnətdarlığımızı qəbul etməyinizi xahiş edirik.

Pəlikəş kəndinin ağsaqqalları, ziyalıları və gəncləri adından dərin hörmət və ehtiramla,

Xanməmmədov Seyidhəsən Seyidəhməd oğlu

Xalıqov Nəbi Böyükağa oğlu

Rəhmanov Sərxan Hətəməli oğlu.

Azərbaycan Respublikası, Astara rayonu, Pəlikəş kəndi.