24 iyun 2017, 15:55

Zamiq Qurbanov və başqalarından, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Böyük qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi, orada tikinti və bərpa işlərinin aparılması hər birimizin həsrətlə gözlədiyi bir hadisə idi. Cocuq Mərcanlıda ilkin olaraq 50 fərdi yaşayış evinin tikilib başa çatdırılması, daha sonra isə 100 yeni evin inşası barədə Sərəncamınız məcburi köçkünlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.

Əziz Prezidentimiz, bütün bu işlərə, eləcə də Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin avtomobil yolunun əsaslı təmiri ilə əlaqədar imzaladığınız Sərəncama görə Sizə şəxsən öz adımızdan və ailələrimiz adından minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Qurbanov Zamiq Mətləb oğlu

Həziyev Mətləb Əbil oğlu

Bağırov Saməddin Arif oğlu

Həsənov Hüseyn Məhərrəm oğlu və başqaları,

Cəbrayıl rayonundan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, 11 saylı qəsəbə.