30 iyun 2017, 16:50

Səfa Əliyev və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Respublikamızda təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər əhali tərəfindən sevinclə qarşılanır. İndi ölkəmizin demək olar ki, hər bir kənd və qəsəbəsində müasir məktəb binaları tikilmiş, mövcud məktəblər isə əsaslı təmir edilərək istifadəyə verilmişdir. Sakini olduğumuz Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində də yeni məktəb binası inşa edilmiş və bu yaxınlarda açılışı olmuşdur.

Cənab Prezident, övladlarımızın daha yaxşı təhsil alması üçün yaratdığınız şəraitə görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. 

Hörmətlə,

Əliyev Səfa Baxış oğlu,

Qasımov Suliddin Sərvaz oğlu,

Bağırov Möhübbət Bəhlul oğlu,

Qurbanov Zahid Söyüdmalı oğlu və başqaları.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi.