01 iyul 2017, 11:40

Hüseyin Dəmirəldən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bəziləri görmək istəməsə də, Sizin rəhbərliyinizlə Azərbaycan Qafqazın və Orta Asiyanın parlayan ulduzu oldu. Azərbaycanın 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına, 2016-2017-ci illərdə “Formula-1” yarışlarına uğurla ev sahibliyi etməsi ölkəmizin gücünü göstərir.

Güclü Azərbaycan türk dünyasının gücünə güc qatır. Bu münasibətlə Sizi təbrik edir, uğurlarınızın daimi olmasını diləyirəm. Tanrı Sizi qorusun!

Hörmətlə,

Hüseyin Dəmirəl

Bakı Atatürk Liseyinin müdiri

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.