01 iyul 2017, 12:00

Sahibə Abbasovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizin hər bir vətəndaşı kimi biz təhsil işçiləri də rəhbərliyinizlə uğurla keçirilən yerli və beynəlxalq əhəmiyyətli tədbirlər üçün Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk.

2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və 2016-2017-ci illərdə “Formula-1” yarışlarının Azərbaycanda uğurla keçirilməsi Sizin apardığınız müdrik xarici siyasətin nəticəsidir.

Hörmətli cənab Prezident, ölkəmizin iqtisadi tərəqqisi naminə gördüyünüz işlərdə Sizə müvəffəqiyyətlər arzulayırıq. Sülh və əmin-amanlıq yolunda həyata keçirdiyiniz siyasəti dəstəkləyir, bundan qürur və şərəf duyuruq.

Dərin hörmətlə,

Nəsimi rayonu A.Şaiq adına 54 nömrəli tam orta məktəbin pedaqoji kollektivi adından

Abbasova Sahibə Namaz qızı

Azərbaycan Respublikası, Bakı Şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon.