Gerb

03 iyul 2017, 13:00

Çox hörmətli cənab Prezident,

Sizin Mingəçevir şəhərinə göstərdiyiniz diqqət və qayğının nəticəsi olaraq bu yaxınlarda şəhərin Energetiklər qəsəbəsində yeni salınmış istirahət parkının açılışı oldu. İnsanların istirahət etməsi və asudə vaxtlarını səmərəli keçirməsi üçün belə gözəl parkın salınması ictimaiyyət arasında böyük razılıq hissi ilə qarşılanmışdır.

Energetiklər qəsəbəsinin sakinləri adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya uzun ömür, cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Sizin məqsədyönlü daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik!

Hörmətlə,

Əzimov Baxşəli Əzməmməd oğlu,

Məmmədov Bəxtiyar Knyaz oğlu,

Mürsəlov Surxay Əlihüseyn oğlu,

Abdulov Elman Yunis oğlu və başqaları - cəmi 104 nəfər.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri, Energetiklər qəsəbəsi.