Gerb

04 iyul 2017, 17:20

Möhtərəm cənab Prezident,

Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-Prisi yarışlarını ailəmizlə birlikdə qürurla  izlədik. Müqəddəs Ramazan bayramı ərəfəsində təşkil olunan bu yarışlar şəhərimizə xüsusi ovqat bəxş etdi və bizi çox sevindirdi.

Sizin rəhbərliyiniz dövründə keçirilən möhtəşəm tədbirlər, idman yarışları ölkəmizə, xalqımıza dünyada nüfuz qazandırır və tarixə qızıl hərflərlə yazılır. Bütün bunlar xalqımıza, Vətənimizə göstərdiyiniz misilsiz xidmətlərinizin bariz nümunəsidir.

Cənab Prezident, bizə bəxş etdiyiniz sevinc hisslərinə görə Sizə minnətdarlığımızı bildirir, böyük uğurlar diləyirik.

Hörmətlə,

Abbasov Soltan Süleyman oğlu,

Quliyeva Nəzakət Əmir qızı,

Abbasov Fuad Süleyman oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.