07 iyul 2017, 13:20

Cahangir Əsgərov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. Bizim yaşadığımız Tərtər rayonunun Borsunlu kəndi də təmas xəttinə yaxındır. Yaşadığımız kəndi rayon mərkəzi və qonşu kəndlərlə birləşdirən Tərtər-Goranboy magistral yolunun yenidən qurulması işimizi xeyli asanlaşdırıb. Magistral yol genişləndirilib, yeni səkilər və yaşıllıq zolaqları salınıb, gecə işıqlandırılması təmin olunub.

Möhtərəm Prezident, artıq biz kənd sakinləri yol, su, qaz, işıq sarıdan əziyyət çəkmirik. Digər problemlərimiz də həll olunur.

Tanrı Sizi qorusun!

Hörmətlə,

 

Əsgərov Cahangir Hüseyn oğlu – şəhid atası,

Şükürov İslam İbrahim oğlu – şəhid atası,

Məmmədov Ələstan Namaz oğlu – kənd ağsaqqalı,

Namazov İsmayıl Kamil oğlu,

Hüseynov Qədir Hüseyn oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu, Borsunlu kəndi.