14 iyul 2017, 12:00

Lətifə Abdullayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bizim Pirallahı qəsəbəsində indi tamam başqa mənzərə yaranmışdır. Sevinirəm ki, başqa yerlərdə olduğu kimi, bizdə də yaşlı insanların istirahəti və dincəlməsi, uşaqların oynaması üçün yaraşıqlı parklar salınır. Həmçinin qəsəbəmizdə təmizlik, səliqə-səhman yaradılmış, yaşıllıqlar salınmış, yollarda və onların kənarlarında abadlıq işləri görülmüşdür.

Əziz Prezidentimiz, bizə yaratdığınız bu şəraitə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Abdullayeva Lətifə Kərim qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi.