T.H.Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 iyul 2017, 18:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan heykəltəraşlıq məktəbinin inkişafında xidmətlərinə görə Tokay Həbib oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyul 2017-ci il.