21 iyul 2017, 15:00

Ləman Ağayevadan, Sumqayıt, Azərbaycan

Salam cənab Prezident,

Milli Mətbuatımızın 142 illiyi münasibətilə daha 255 jurnalist ailəsinə sevincli anlar yaşatdınız. İnsanları, sözün həqiqi mənasında, xoşbəxt etdiniz. Dünyanın heç bir ölkəsində, həm də qlobal böhranlar dövründə jurnalistlər bu qədər diqqət və qayğı ilə əhatələnməyib. Həmin sevincdən bizim ailəyə də pay düşdü. Anam Aida Eyvazovanın 35 illik jurnalist fəaliyyətini dəyərləndirdiniz. Ailəmizə yaşatdığınız bu sevincə görə doğmalarım və dostlarım adından Sizə dərin minnətdarlığımı bildirirəm və əminəm ki, o mənzillərdən hər zaman sevinc-şadlıq səsi gələcək. Sizi hər zaman dəstəkləyir və sevirik. Tanrı Sizi qorusun!

Hörmətlə,

Ağayeva Ləman Hicran qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.