26 iyul 2017, 14:10

Afiq Mirzəbəylidən, Bakı, Azərbaycan

Cənab Prezident,

22 İyul – Milli Mətbuat Günü ərəfəsində 255 jurnalisti mənzillə təmin etdiyinizə görə Sizə təşəkkür edirəm. Kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstəyinizi, media işçilərinə qayğı və diqqətinizi hər kəs kimi mən də alqışlayıram.

Mənzil şəraiti ağır olan bir çox jurnalisti evlə təmin etdiniz. Bu, təbii ki, özümlə bərabər, illərdir kirayələrdə yaşayan çoxsaylı jurnalistlərin də sevincinə səbəb oldu. Sevinənlərdən biri də “Reytinq” qəzetinin baş redaktor müavini Fazil Əhməddir. O da, mənzillə təmin edildi. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, media işçiləri üçün 255 mənzilli üçüncü binanın təməlinin atılması da müsbət addımdır. Üstəlik, bu mənzillərin tikintisi üçün maliyyə vəsaitinin ayrılması barədə Sərəncamınız cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Siz bununla evə ehtiyacı olan jurnalistləri kirayə qayğısından qurtarırsınız. Buna görə öz adımdan və rəhbəri olduğum kollektiv adından Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Afiq Mirzə (Mirzəbəyli) Yelmar oğlu

“Reytinq” qəzetinin baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.