31 iyul 2017, 16:20

Şamxal Həsənlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Milli mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində kütləvi informasiya vasitələrinin daha 255 əməkdaşının mənzil-məişət şəraiti yaxşılaşdırılaraq, sosial müdafiəsi gücləndirildi. Mənzil sahibi olan media nümayəndələri arasında “Xəzər” Televiziyasının da altı əməkdaşı var.

Cənab Prezident, Siz bu nəcib addımınızla, jurnalistlər üçün tikilmiş birinci binanı da nəzərə alsaq, təxminən 400 media işçisini isti yuva sahibi etdiniz. Bununla kiyafətlənməyərək növbəti 255 mənzilli binanın da təməlini atdınız. Məhz Sizin təşəbbüs və qətiyyətiniz sayəsində boş bir ərazi artıq “Jurnalistlər şəhərciyi”nə - yeni bir mərkəzə çevrilir.

Möhtərəm Prezident, Siz dünyada bənzəri olmayan belə bir təcrübəni Azərbaycanda tətbiq etməklə ölkədəki yüzlərlə jurnalistə və onların ailələrinə sevinc bəxş etdiniz.

“Xəzər” Televiziyasının çoxsaylı kollektivi olaraq Sizə dərin minnətdarlığımızı bildirir və söz veririk ki, dövlətimizin və dövlətçiliyimizin qorunmasında bundan sonra da səylərimizi əsirgəməyəcəyik.

Cənab Prezident, əmin olun ki, özünüzə köməkçi bildiyiniz bizlərə, yəni jurnalistlərə daim güvənə bilərsiniz.

Hörmətlə,

Şamxal Həsənli

“Xəzər TV” MMC-nin prezidenti

Azərbaycan Respublikası, Bakı şəhəri.