İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri xanım Doris Loytharda

31 iyul 2017, 17:40

Hörmətli xanım Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İsveçrə əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 iyul 2017-ci il.