03 avqust 2017, 16:10

Tamilla Əhmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Jurnalistlər üçün inşa edilmiş yeni binada media işçisi kimi mənə də mənzil verdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirir, sevincimi ifadə etməyə söz tapmıram.

Sizin nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən media nümayəndələrinə daimi qayğınız və diqqətiniz çox qiymətli və əvəzolunmazdır.

Azad söz və fikir plüralizminin inkişafı istiqamətində atdığınız bütün addımları təqdir edir, doğma Azərbaycanımızın rifahı naminə Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə daha böyük uğurlar və nailiyyətlər arzulayıram.

Dərin hörmət və minnətdarlıq hissi ilə,

Əhmədova Tamilla

“Bakı” jurnalının baş redaktorunun müavini 

Azərbaycan Respublikası, Bakı şəhəri.