İlham Əliyev Qax rayonunda yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib

03 avqust 2017, 17:55
İlham Əliyev Qax rayonunda yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib

Prezident İlham Əliyev Qax rayonunda 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib.

Yarımstansiya barədə dövlət başçısına məlumat verən “Azərışıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev bildirdi ki, “Azərışıq” tərəfindən regionlarda yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi əhalinin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm nailiyyətlərin əldə olunmasına geniş imkanlar açıb. Bu işlər Qax Elektrik Şəbəkəsinin xidməti ərazindəki yarımstansiyaları da əhatə edib və bütövlükdə rayonda genişmiqyaslı tədbirlər həyata keçirilib. İstehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün şəhərin Qaxbaş adlanan hissəsində və İlisu kəndində yenidənqurma işləri aparılır. Bu istiqamətdə yeni müasir tipli komplekt transformator məntəqələri quraşdırılıb, 10 və 0,4 kV-luq şəbəkə yenidən qurulur. Həmçinin Qax şəhərinin Qaxbaşla yanaşı, Beynəlmiləl adlanan ərazisində 15 ədəd 10/0,4 kV-luq transformator məntəqəsinin 10-0,4 kV-luq şəbəkəsinin yenidənqurma işləri tamamlanmaq üzrədir. Həmin ərazidə 10 kV-luq İlisu, Qaxbaş, Beynəlmiləl hava xətlərində dayaqlar basdırılıb, naqillər və kabellər çəkilib. Rayonun İlisu, Güllük, Qorağan, I və II Şəhər, Qıpcaq, Qaxbaş, Qaşqaçay, Asfaltzavod, Tasmalı hava xətləri yenidən qurulub, müasir komplekt transformator məntəqələri quraşdırılıb, 0,4 kV-luq şəbəkə yenilənərək müasir kabellərlə əvəzlənib. Ümumilikdə son iki ildə Qax Elektrik Şəbəkəsinin xidməti ərazisində bir çox hava xətləri dəyişdirilib, köhnə tipli transformator məntəqələri 26 yeni komplekt transformator məntəqələri ilə əvəzlənib. Qax Elektrik Şəbəkəsində 2500-dən çox istismara yararsız sayğac dəyişdirilib, 926 yeni sayğac quraşdırılıb.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Diqqətə çatdırıldı ki, Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yenidən qurulması vacib olan əsas bölgələrdən biri Qax rayonu idi. Belə ki, ümumilikdə 15 min 402 abonentə və bununla da 56 min insana xidmət edən Qax Elektrik Şəbəkəsinin təchizatı 110/35/10 kV-luq “Şıxlar” yarımstansiyasından çıxan birdövrəli 35 kV-luq Qax hava xəttinin qidalandırdığı 35/10 kV-luq “Qax” yarımstansiyasındakı iki 6,3 MVA gücündə transformatorla təmin edilirdi. Rayonun elektrik enerjisi təchizatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməsi zərurətə çevrilmişdi. Ona görə də “Azərişıq” ASC ortaya çıxan problemləri aradan qaldırmaq, güc defisitini minimuma endirmək və istehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni 110/35/10 kV-luq, iki 40 MVA gücündə “Qax” yarımstansiyasının tikintisinə start verib. Yeni yarımstansiyanın qidalandırılması məqsədilə 110/35/10 kV-luq "Şıxlar" yarımstansiyasının 110 kV-luq açıq paylayıcı quruluşunda yenidənqurma işləri aparılıb və iki 110 kV-luq yuva quraşdırılaraq həmin yuvalardan 110/35/10 kV-luq “Qax” yarımstansiyasına 12 kilometr uzunluğunda ikidövrəli hava xətt çəkilib. Paralel olaraq, yeni “Qax” yarımstansiyasında 110, 35 və 10 kV-luq açıq və qapalı paylayıcı qurğular inşa edilib. Bu yarımstansiyada 39/10 kV-luq, 16/35 kV-luq yuva, elektron tipli rele mühafizə və avtomatika sistemləri, məsafədən idarə olunmaq üçün SCADA dispetçer sisteminə qoşulmasına lazım olan avadanlıq quraşdırılıb.

Qeyd olundu ki, “Qax” yarımstansiyası rayonun 9 mindən çox abonentini elektrik enerjisi ilə təmin edir. Yeni yarımstansiyanın istifadəyə verilməsi Qax əhalisi ilə yanaşı, mövcud və perspektivdə nəzərdə tutulan iqtisadi, sosial obyektlərin, ələlxüsus turizm sahəsinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsinə yönəlmiş çox önəmli hadisədir. Qax rayonunda turizm, kənd təsərrüfatı, iqtisadi və sosial obyektlərin inkişafını nəzərə alaraq, görülən işlər təkcə 110 kV-luq “Qax” yarımstansiyası ilə yekunlaşmır. Məhz turizm obyektlərinin enerji təchizatını yaxşılaşdırmaq üçün İlisu kəndi ərazisində yeni iki 10 MVA gücündə 35/10 kV-luq yarımstansiya tikilib. Bundan başqa, fəaliyyətdə olan 35 kV-luq Qax hava xəttindən budaqlanan “Qapıçay” yarımstansiyasının da 110/35/10 kV-luq “Qax” yarımstansiyasından qidalanması nəzərdə tutulur.

Qax, Zaqatala, Balakən, İsmayıllı, Qəbələ, Şəki, Oğuz və Şamaxı rayonlarının cəmləşdiyi “Azərişıq” ASC-nin Şimal-Qərb RETSİ-də 8 rayon üzrə 471 kənd, 54 yaşayış məntəqəsi və 14 qəsəbə var və onlar da ümumilikdə 198 min abonent olmaqla, 690 min əhali elektrik enerjisi ilə təchiz edilir. Bu zonada müasir dörd 110/35/10 kV-luq yarımstansiya tikilib, 35/10 kV-luq yarımstansiyalardan isə üçü istifadəyə verilib, beşində işlər yekunlaşmaq üzrədir. Səkkiz rayon üzrə 7200-dən çox sayğac quraşdırılıb, yeni ofis binaları tikilib, texniki itkilər azalıb, Şimal-Qərb RETSİ üzrə rayonların ümumi qoyuluş gücü 131,5 MVA artırılıb.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51