Gerb

05 avqust 2017, 17:59

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.   On səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq  3,0 (üç) milyon manat ayrılsın.

2.  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın  1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.  

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2017-ci il.