|
17 iyun 2011, 12:00
Etibar Yusifovdan, Samux, Azərbaycan
Möhtərəm İlham Əliyev! Bu məktubu yazmaqla Sizə - dünya şöhrətli görkəmli ictimai-siyasi xadimə, əziz və möhtərəm Prezidentimizə doğma Azərbaycanımızın daxili və xarici siyasəti sahəsində apardığınız davamlı və uğurlu işlərinizə, ümummilli lider Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirməyinizə görə müstəqil bir ölkənin vətəndaşı kimi öz minnətdarlığımı bildirir və ulu Tanrıdan dahi şəxsiyyətinizə ölkəmizin yüksəlişi və inkişafı yolunda daha böyük müvəffəqiyyətlər arzulayıram. Arzum budur ki, doğma Azərbaycanımızın adı daim dünyanın aparıcı dövlətləri sırasında çəkilsin və ən mötəbər tədbirlərdə onun sözü keçsin. Vətənimiz Azərbaycan həmişə və hər zaman haqqın tərəfində olduğu üçün ölkəmizin haqq səsi bütün dünya dövlətləri tərəfindən eşidilsin və aparılan işlər uğurla həyata keçsin. Doğma Vətənimiz bütün sahələrdə daha böyük qələbələr əldə etsin. Şəxsiyyətinə çox böyük hörmət bəslədiyim möhtərəm Prezidentimizə, respublikamızda böyük hörmət və nüfuza malik olan Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarına doğma Vətənimizin inkişafı, xalqımızın yaşayış səviyyəsinin gündən-günə yüksəlməsi, çoxlu sayda yeni iş yerlərinin açılması üçün yorulmadan çalışdığınıza, həmçinin vətənpərvərliyinizə, sülhsevərliyinizə, alicənablığınıza və xeyirxahlığınıza görə bir vətəndaş kimi öz təşəkürümü bildirirəm. ər zaman qadir Allahdan bu böyük şəxsiyyətə, əziz və möhtərəm Prezidentimizə doğma Vətənimizin cicəklənməsi, inkişafı və bütün aparıcı sahələrin yüksəlişi yolunda gördüyü işlərdə daha böyük uğurlar arzulayıram. Mən müstəqil Azərbaycanımızın vətəndaşı kimi yazmış olduğum bu məktubumu Vətəninə və xalqına çox böyük qayğı göstərən doğma Azərbaycanımızın rəhbərinə, böyük ümid, inam və mərhəmət sahibi olan möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına ünvanlamaq qərarına gəldim. Ulu Tanrı qəsbkarlar tərəfindən müvəqqəti zəbt olunmuş torpaqlarımızın sülh yolu ilə geri qaytarılmasında Sizə, dövlətimizə və xalqımıza kömək olsun. Amin! Vətənimizdə insan azadlığına, söz azadlığına dövlətimiz tərəfindən hər cür şərait yaradılmasından, müstəqil və demokratik bir ölkənin vətəndaşı olmağımdan böyük qürur duyuram. Qadir Allahdan əziz və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına dünyanın ən qiymətli neməti olan cansağlığı, uzun ömür və ailə xoşbəxtliyi arzulayıram. Kainatı yaradan müqəddəs Varlıq Sizə və Sizin ailənizə hər zaman kömək olsun. Yaşasın müstəqil Azərbaycanımız! Qadir Allah doğma Vətənimizə və qədirbilən xalqımıza daim kömək olsun. Amin!
Hörmətlə,
Azərbaycan Respublikası, Samux rayonunun AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.