Gerb

09 avqust 2017, 11:45

Möhtərəm cənab Prezident,

Jurnalistlər üçün tikdirdiyiniz ikinci, 255 mənzilli binanın bir mənzili də mənim qismətimə düşmüşdür. Dünyanın heç bir ölkəsində belə nəcib təşəbbüs yoxdur. Bu, Sizin jurnalistlərə göstərdiyiniz diqqət və qayğının əyani sübutudur. Bu xeyirxah iş, həmçinin Sizin “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır” kəlamınızın parlaq təzahürlərindən biridir. Çünki biz jurnalistlər də xalqın nümayəndəsiyik və Sizin göstərdiyiniz qayğı və diqqətdən çox məmnunuq.

Sizə minnətdarıq cənab Prezident, çox sağ olun, var olun!

Dərin hörmətlə,

Sadıqova Flora Yusif qızı

“Azərbaycan” qəzetinin müxbiri

Azərbaycan Respublikası, Bakı şəhəri.