11 avqust 2017, 19:00

İmran Bədirxanlıdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mənim Prezidentim,

Bu məktubu Sizə ailəm adından sonsuz minnətdarlıq hissi ilə yazıram. 
Cənab Prezident, Siz bir jurnalist kimi təkcə mənim deyil, bütün ailəmizin dostu, xeyirxahı və himayədarısınız. İyirmi dörd ildən artıq idi ki, rahat mənzilin intizarında idik. Nəhayət, arzumuz çin oldu. Siz bizi darısqalçılıqdan, sıxıntıdan, bir ata kimi məni övladlarımın qarşısında xəcalətdən qurtardınız. Sizin bu xeyirxahlığınızın, savab işinizin qiyməti, dəyəri ölçüyəgəlməzdir. İş yerimdə, media aləmində tanıdığım və tanımadığım həmkarlarımın hamısı məni təbrik edir, sevincimə şərik olurlar. Peşəkar jurnalist olsam da, bu məqamda keçirdiyim şükranlıq hisslərini sözə çevirməkdə çətinlik çəkirəm. 

Cənab Prezident, sadəcə onu demək istəyirəm ki, Bədirxanlılar ailəsi ömürləri boyu Sizə minnətdar olacaq. 

Hörmətlə,

Bədirxanlı İmran Qeysəd oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.