12 avqust 2017, 15:30

Əliəsgər Vəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan mediasını xarici təsirlərdən qorumaq, söz və ifadə azadlığının inkişafına dəstək olmaq baxımından jurnalistlərə ev verməyiniz misilsiz addımdır. Milli Mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində mənzilə ehtiyacı və dövlətimiz qarşısında xidmətləri olan jurnalistlərin arasında mənə də ev verdiyinizə görə şəxsən öz adımdan və ailəmiz adından Sizə sonsuz minnətdarlığımızı və məhəbbətimizi bildirirəm.

Mənzil verilən jurnalistlərin siyahısı açıqlanan kimi hər kəs sevindi ki, jurnalistika sahəsində xidmətləri və mənzilə ehtiyacı olan jurnalistlər nəzərə alınıb. Bu, dünya miqyasında ölçüyəgəlməz, möhtəşəm, sözlə ifadə edilə bilməyən humanist, tarixi, unudulmaz bir hadisədir. Bunu yalnız Siz edə bilirsiniz, cənab Prezident!

Sizin bütün qərarlarınız insanların sosial problemlərinin həllinə, onlara ən layiqli həyat şəraitinin yaradılmasına, vətənpərvərlik, dövlətə bağlılıq hisslərinin gücləndirilməsinə əsaslanır. Dünyada bütün mənalarda Sizin kimi böyük ürək sahibi olan, xalqını sevən, gözəl dövlət başçısı yoxdur.

Əminik ki, ölkəmiz Sizin rəhbərliyiniz altında daim sabitlik və inkişaf məkanı, nüfuz sahibi olacaqdır.

Hörmətlə,

Vəliyev Əliəsgər Vəli oğlu, mədəniyyət işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri.