14 avqust 2017, 14:00

Səkinə Babayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi islahatlar respublikamızda iqtisadiyyatın inkişafında önəmli yer tutur. Ulu öndər Heydər Əliyevin qurduğu müstəqil respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafında sağlam mühitin yaradılması, çevik iqtisadi islahatlar sayəsində milli iqtisadiyyatımızın dinamik inkişafı biz sahibkarları daha da ruhlandırır.

Azərbaycan ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq məqsədilə qəbul olunmuş “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu” fəaliyyətimizə öz müsbət təsirini göstərəcək. Sahibkarlar arasında malların mübadiləsi zamanı dövriyyəni həyata keçirərkən bu qanunun tətbiq olunması işimizin səmərəliliyinə çox böyük effekt verəcək.

Respublikamızın inkişafı naminə aparılan uğurlu islahatlar nəticəsində qazanılan nailiyyətlərdə istehsal müəssisəsi kimi bizim də əməyimizin olması ilə qürur duyuruq.

Kollektivimiz belə qanunların qəbul olunmasına görə Sizə dərin minnətdarlığını bildirir və Vətənimizin çiçəklənməsi üçün var qüvvəmizlə çalışır.

Cənab Prezident, Sizin apardığınız sosial-iqtisadi islahatların önündə gedəcəyimizə söz veririk.

Hörmətlə,

Babayeva Səkinə Rəşid qızı,

sahibkar. 

Azərbaycan Respublikası, Bakı şəhəri.