Valeh Əsədovdan, Gəncə, Azərbaycan
Text size
14 avqust 2017, 18:30
Hörmətli cənab Prezident,
Sirr deyil ki, Sizin siyasətinizin mərkəzində insan amili dayanır. İnsanların yaxşı yaşaması, gənclərimizin inkişafı və ölkəmizin gündən-günə çiçəklənməsi naminə gördüyünüz misilsiz işlər danılmazdır.
Gəncə şəhərində gənclər üçün yaradılan şəraitdən çox məmnunuq. Şəhərimizdə gənclərin normal və məqsədyönlü fəaliyyəti məhz Sizin respublikamızda yürütdüyünüz gənclər siyasətinin bariz nümunəsidir.
Cənab Prezident, şəxsən öz adımdan və yaşadığım binanın sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Biz hər zaman Sizin siyasətinizi dəstəkləyirik.
Hörmətlə,
Əsədov Valeh Anar oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.