15 avqust 2017, 12:30

Eldəniz Quliyev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Tərtər rayonuna səfəriniz, səfərdən dərhal sonra çoxmənzilli binaların əsaslı təmiri üçün prezidentin ehtiyat fondundan rayonumuza 3 milyon manat vəsait ayırmağınız bizi ürəkdən sevindirdi. Çünki uzun müddət idi ki, Nizami küçəsində yaşadığımız bina təmir olunmurdu. Sərəncamınızdan sonra binamızın dam örtüyü dəyişdirilir, fasad və giriş hissələri əsaslı təmir edilir. Bu, sakinləri ürəkdən sevindirir.

Cənab Prezident, insanlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Biz öz Prezidentimizlə, Ali Baş Komandanımızla fəxr edirik.

Tərtər rayon Nizami küçəsində yerləşən 91 və 91A nömrəli binaların sakinləri adından dərin hörmət və ehtiramla,

Quliyev Eldəniz

Məmmədov Eldar

Rəhimov Tahir

Tahirova Tamara

Məmmədov Ələddin.

Azərbaycan Respublikası, Tərtər rayonu.