Gerb

15 avqust 2017, 14:00

Hörmətli cənab Prezident,

Tərtər-Goranboy magistral yolunun təqribən 4 kilometrlik hissəsi Goranboy rayonunun Xan Qərvənd kəndinin ərazisindən keçir. Əvvəllər bu yol çox narahat idi və yolla hərəkət edərkən əziyyət çəkirdik. İndi isə həmin yola yeni asfalt çəkilib, insanların gediş-gəlişi, eləcə də uşaqların bağçaya və məktəbə aparılıb-gətirilməsi xeyli asanlaşıb.

Əziz Prezidentimiz, həmişə Sizə dəstək olacaq, kənd təsərrüfatının inkişafına kömək göstərəcək, pambığın və digər kənd təsərrüfatı məhsullarının becərilib bol məhsul əldə olunmasına çalışacağıq.       

Respublikamızda gedən inkişafa, abadlıq və quruculuq işlərinə görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Ağsaqqallar adından dərin hörmətlə,

İskəndərov Şahmar, Böyük Vətən müharibəsi iştirakçısı

Qarayev Qasım, Böyük Vətən müharibəsi iştirakçısı

Qarayev Nürəddin, şəhid atası

Əkbərov Hilal, şəhid atası

Ağalarov Musa, şəhid atası.

Azərbaycan Respublikası, Goranboy rayonu, Xan Qərvənd kəndi.