15 avqust 2017, 18:30

İbrahim Şıxməmmədovdan, Balakən, Azərbaycan

Hörmətli cənab Prezident,

XX əsrdə Azərbaycan xalqı dünya tarixinə ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edib. Ümummilli Lider bu millətin inkaredilməz qürur mənbəyi, qazandığımız nailiyyətlərin memarı, uğurlu gələcəyimizin təməlini qoyan lider, millətin atasıdır. Müasir müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Sizi öz siyasi varisi kimi formalaşdıraraq müstəqil dövlətimizin davamlı inkişafı üçün zəmin yaratmasıdır. 

Siz vaxtaşırı bölgələrə səfərlər edib görülən işlərlə tanış olur, xalqın sosial problemləri ilə maraqlanır, sosial müdafiəyə ehtiyacı olan insanlara müntəzəm qayğı göstərirsiniz. Hər bir kəndlinin rifahının yaxşılaşdırılması daim Sizin diqqətinizdədir.

Cəsarətlə deyə bilərəm ki, ölkəmizə rəhbərlik etdiyiniz 14 il ərzində Siz bir əsrlik iş görmüsünüz. Bu işlər özünü abadlıq-quruculuq, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, iqtisadiyyatın inkişafı və digər sahələrdə göstərir. 

Çox hörmətli cənab Prezident, bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Yolunuz hər zaman işıqlı, atdığınız addımlar uğurlu olsun. 

Hörmərlə, 

Şıxməmmədov İbrahim Şıxməmməd oğlu. 

Azərbaycan Respublikası, Balakən rayonu.