16 avqust 2017, 10:00

Elnur Abıyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən Nəsimi rayonu A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdiyəm. “Gənc İlhamçılar” yay düşərgəsi layihəsinin iştirakçısıyam. Quba şəhərinə təşkil olunmuş səfər zamanı biz gənclər bir daha əmin olduq ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımın diqqət və qayğısı hər zaman bizim üzərimizdədir. Gənc nəsil olaraq Sizin kimi Prezidentimiz olduğu üçün fəxr edirik.

Cənab Prezident, gələcəyin əsl Azərbaycan əsgəri kimi böyüyəcəyimizə söz veririk.

Hörmətlə,

Abıyev Elnur Əbülfəz oğlu, şagird.

Azərbaycan Respublikası, Bakı şəhəri.