Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan
16 avqust 2017, 11:00
Möhtərəm cənab Prezident,
Azərbaycan mədəniyyəti sahəsindəki xidmətlərimi nəzərə alaraq məni 2-ci dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizin mədəniyyət xadimlərinə göstərdiyiniz diqqət və qayğını biz hər zaman hiss etmişik. Teatr xadimi kimi bu gün mənə göstərdiyiniz qayğıdan ruhlanaraq bundan sonra da mədəni irsimizin qorunması naminə əzmlə çalışacağıma, milli teatrımızın yeni yaradıcılıq nümunələri ilə zənginləşməsi, Azərbaycan mədəniyyətinin yüksəlişi və dünyada tanınması istiqamətində yorulmadan fəaliyyət göstərəcəyimə söz verirəm.
Dərin ehtiramla,
Azər Paşa Nemətov,
Xalq Artisti, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.