Mehriban Ramazanova və başqalarından, Zaqatala, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin göstərişiniz əsasında aparılan quruculuq işləri nəticəsində ölkəmizdə bir çox sahələr kimi, kənd təsərrüfatı və emal sənayesi də sürətlə inkişaf etməkdədir. Vətənimizin bir çox bölgəsində olduğu kimi, Zaqatala rayonunda da qeydolunan sahələr yüksək inkişaf tempi qazanıb. Son dövrlərdə rayonun iqliminə xas olan çay, tütün və qərzəkli meyvələrin becərilməsinə xüsusi diqqət yetirilir.
Sizin diqqət və qayğınız nəticəsində gülçülük sahəsi bərpa olunub, geniş ərazili gül sahələri salınıb və müasir standartlara cavab verən gül yağı emalı zavodu tikilməkdədir.
Möhtərəm cənab Prezident, Zaqatalada qədim ənənəvi sahə olan gülçülüyün bərpasına və inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Rayonumuzda yüzlərlə iş yerlərinin açılmasına verdiyiniz dəstəyə və bunun nəticəsində əhalinin sosial təminatının yaxşılaşmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Ramazanova Mehriban
Məmmədova Dilarə
Eldarova Sünbül
Şirinova Tamam
Ramazanova Xalidə.
Azərbaycan Respublikası, Zaqatala rayonu.