|
20 iyun 2011, 18:00
Xanoğlan Kərimovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm İlham Əliyev cənabları, Bu, mənim Sizə minnətdarlıq məktubumdur. Xarici ölkələrə səfər edərkən orada Azərbaycanı və bütün azərbaycanlıları tanıtdırmağınız xalqımız kimi məni də çox sevindirir və bunu alqışlayıram. Bu yaxınlarda Siz Serbiyaya işgüzar səfərə getmişdiniz və orada İkinci Dünya müharibəsi zamanı faşist işğalçılarına qarşı vuruşmuş əfsanəvi partizan, həmyerlimiz Mehdi Hüseynzadənin qəbrini ziyarət etdiniz. Vətəndən uzaqlarda elə Vətənimiz uğrunda mübarizə apararaq qəhrəmancasına həlak olmuş Mehdi Hüseynzadənin məzarını ziyarət etməyinizi televizordan izlədik. Bu hadisə Azərbaycan xalqı kimi mənə də o qədər təsir etdi ki, sevincimdən gözlərim yaşardı. Siz uzaq ölkədə bu qəhrəmanı yad etdiniz, onun ruhunu şad etdiniz. Hörmətli Prezident, buna görə bütün Azərbaycan xalqı Sizə minnətdardır. Bu gün xalqımızın Mehdi Hüseynzadə kimi, Mübariz İbrahimov kimi on minlərlə igid oğulları var. Mən ürəkdən inanıram ki, göydə Allahın köməyi, yerdə Sizin rəhbərliyiniz və bacarığınız sayəsində xalqımız doğma Qarabağımıza qayıdacaqdır. O gün çox uzaqda deyil. Biz Sizinlə birlikdə buna nail olacağıq. Milli Qurtuluş günü münasibətilə Sizi ürəkdən təbrik edir və Sizə cansağlığı arzulayıram.
Xanoğlan Kərimov AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.