17 avqust 2017, 14:00

İlqar Quluyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən hərbi xidmət keçən oğlumun andiçmə mərasimində iştirak etmək üçün Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissədə oldum. Orada hərbçilərimizə yaradılan şərait, zabitlərin peşəkarlığı və əsgərlərimizə qayğısı biz valideynləri sevindirir. Biz bir daha Ali Baş Komandanımızın Silahlı Qüvvələrimizə göstərdiyi diqqətin şahidi olduq. Övladlarımızın qısa müddətdə əsl əsgərə çevrildiyini gördük. Sərhədlərimizin və torpaqlarımızın qorunması kimi məsuliyyətli və şərəfli vəzifəni layiqincə yerinə yetirən bütün hərbçilərimizlə qürur duyuruq.

Cənab Ali Baş Komandan, bütün bunlar Sizin zəhmətinizin bəhrəsidir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Quluyev İlqar İskəndər oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.