17 avqust 2017, 13:30

Etibar Salimovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Apardığınız məqsədyönlü uğurlu siyasət nəticəsində Azərbaycanımızın iqtisadiyyatı sürətlə inkişaf edir. Bu siyasət nəticəsində bölgələrdə sosial proqramlar həyata keçirilir, quruculuq, bərpa və yenidənqurma işləri aparılır, insanların rifah halı gündən-günə yaxşılaşır. Bu yeniliklər cənub bölgəsində də özünü göstərir.

“Astaraçay” şirkəti olaraq Sizin bizə göstərdiyiniz etimadı hər zaman doğrultmağı əsas məqsəd kimi qarşıya qoymuşuq.

Cənab Prezident, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə aparılan islahatların əsas məqsədi məhz qeyri-neft sektorunun inkişafı olub və onların uğurlu icrası sayəsində bu sahədə dönüş yaranıb. Təsadüfi deyil ki, məhz Sizin dəstəyinizlə hazırda şirkətimizdə 1000-ə yaxın ailə çalışır. Eyni zamanda, Biləsuvarda yerləşən çəltik sahəmizin inkişafı və genişlənməsi üçün var qüvvəmizlə çalışırıq.

Möhtərəm cənab Prezident, ötən il ixracın təşviq edilməsi üçün imzaladığınız fərman və sərəncamlarınız Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrin genişləndirilməsində yeni mərhələnin əsasını qoyub. Biz hazırda dünya bazarında özünəməxsus yer tutan “Made in Azerbaijan” brendinin bir hissəsi olmaqdan qürur duyuruq.

Cənab Prezident, Azərbaycan xalqının sağlamlığı naminə həyata keçirilməkdə olan layihələrin icrası üçün verdiyiniz sərəncamlara görə Sizə bir daha minnətdarlığımızı bildirir və “Çox sağ olun” deyirik.

“Astaraçay” MMC-nin kollektivi adından dərin hörmətlə,

Saklimov Etibar Ehtiram oğlu.

Azərbaycan Respublikası, Astara rayonu, Kokolos kəndi.