17 avqust 2017, 14:30

Kamil Süleymanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycanda mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyi gündən-günə güclənir. Bu tədbirlərin davamı olaraq müvafiq Sərəncamınızla qəsəbəmizdə tikilməkdə olan Mədəniyyət Mərkəzinin inşasının və onun lazımi avadanlıqlarla təchizatının tamamlanması üçün ayırdığınız vəsait bunun bariz nümunəsidir.

Ölkəmizdə gedən sürətli inkişafa, xalqımıza göstərdiyiniz diqqət və qayğınıza görə ehtiyatda olan hərbçi kimi Sizə təşəkkür edirəm.

Cənab Ali Baş Komandan, mən ehtiyatda olan zabit kimi hər zaman dövlətə və dövlətçiliyə sadiq olmuşam və olacağam. Dövlətçiliyimizin güclənməsi, xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz islahatlarda hər zaman Sizin yanınızdayam. Sizə uzaqgörən siyasətinizin həyata keçirilməsində uğurlar arzulayır və dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Süleymanov Kamil Əjdər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.