Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Dmitri Medvedevə
Text size
21 iyun 2011, 13:00
Hörmətli Dmitri Anatoliyeviç!
Petrozavodsk yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 iyun 2011-ci il.