21 avqust 2017, 13:00

Simuzər Şükürovadan, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən qəhrəman anayam. On üç övlad tərbiyə edib böyütmüşəm. Bizim yaşadığımız kənd rayonumuzun ən ucqar kəndidir. Əvvəllər yağışlı-yağmurlu günlərdə rayon mərkəzi ilə əlaqələrimiz tamamilə kəsilirdi. Yolumuzun bərbad vəziyyətdə olmasından çox əziyyət çəkirdik. Sizin regionlarin inkişafına göstərdiyiniz diqqət və qayğı nəticəsində artıq bu problemimiz geridə qaldı. Rayon mərkəzindən kəndimizə qədər olan yol yenidən qurularaq genişləndirilib. İndi ilin bütün fəsillərində kəndimizə avtomobillərin rahat geniş-gəlişi mümkündür.

Cənab Prezident, kəndimizin əhalisinə çox böyük hədiyyə olan yol probleminin həllinə gəstərdiyiniz dəstəyə görə bütün sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Şükürova Simuzər İlyas qızı. 

Azərbaycan Respublikası, Yardımlı rayonu, Zəngələ kənd.